27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Şərqi Aralıq dənizinə iki təyyarədaşıyan gəmi göndərir

11.03.2024


ABŞ İsrail ilə HƏMAS arasında hərbi əməliyyatların genişlənməsi fonunda Şərqi Aralıq dənizi regionunda iki təyyarədaşıyan zərbə qrupu yerləşdirə bilər.

"Politico” nəşri bu barədə Pentaqondakı mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ştatlar tezliklə Şərqi Aralıq dənizinə iki təyyarədaşıyan gəmi göndərməyi planlaşdırır. Qeyd olunur ki, Pentaqonun bu addımı İsrail ordusu ilə HƏMAS arasında döyüşlərin şiddətləndiyi bir vaxtda ABŞ-ın bölgədəki hərbi gücünü xeyli artıracaq.

"USS Dwight Eisenhower” təyyarədaşıyanı və onu müşayiət edən digər gəmilər martın 15-də Virciniya ştatının Norfolk şəhərindəki hərbi dəniz bazasını tərk etməlidir. Onun İsrail sahillərinə üzəcəyi gözlənilir.

Qeyd edək ki, martın 10-da Pentaqon nüvə mühərrikli təyyarədaşıyan "USS Gerald Ford” gəmisinin başçılıq etdiyi zərbə qrupunu da İsrail sahillərinə göndərib.