27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rüşvət alan vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

11.03.2024


Tikinti işlərinin aparılması üçün rüşvət alan vəzifəli şəxs barəsində cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin külli miqdarda rüşvət alması faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

İbtidai istintaqla Mirqasım Mirişlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılması və icra hakimiyyəti orqanı tərəfindən tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində ona müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyənləşdirilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.