27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda avtobusların sayı 2500-ə çatdırılacaq

11.03.2024



Bir il ərzində paytaxt Bakıda 2 milyard səfər edilir, bunun yalnız 28 faizi ictimai nəqliyyatla həyata keçirilir.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə keçirilən "Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

Agentliyin sədri bildirib ki, ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılması, əhatəliliyin, sürücülərin və piyadaların mobilliyinin artırılması, həmçinin təhlükəsizliyinin gücləndirilməsi həlli vacib məsələlərdir.

A.Rzayev sərnişindaşımada üstünlüyün taksilərdən daha çox ictimai nəqliyyata verilməsindən danışıb, bunun paytaxtda sıxlığın qarşısının alınmasında rolunu qeyd edib.

Bildirib ki, piyadaların və skuterlərin hərəkətinin mobilliyini artırmaq lazımdır.

"Rəqəmsal əkiz” layihəsindən danışan AYNA-nın rəhbəri diqqətə çatdırıb ki, avtobusların sayının artırılması müsbət nəticəsini göstərib. O, marşrut şəbəkəsinin optimallaşdırılmasının əhəmiyyətini vurğulayıb.

"Hazırda paytaxt Bakıda 2 min avtobus fəaliyyət göstərir və onların sayının 2500-ə çatdırılması daha məqsədəuyğundur”, - deyə Anar Rzayev qeyd edib.