25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

4 məhbus edam edildi

29.01.2024


Bu gün səhər saatlarında İranın Kərəc şəhərininin Qızılhisar həbsxanasında İsrail ilə əməkdaşlıqda günahlandırılan 4 məhkum edam edilib.

Bu barədə İran məhkəməsinə bağlı "Mizan” saytı məlumat yayıb.

Pejman Fatehi, Möhsün Məzlum, Məhəmməd Fəramərzi və Vəfa Azərbar adlı şəxslərin kürdlərin "Komele” adlı silahlı təşkilatının üzvləri olduğu bildirilib.

"Onlar MOSSAD-ın təlimatı və tapşırığı ilə İsfahanda Müdafiə Nazirliyinə bağlı zavoda bomba qoymağı planlaşdırıblar. Bunu icra etməzdən bir neçə gün əvvəl təhlükəsizlik məmurları tərəfindən saxlanılıblar”, - rəsmi məlumatda iddia edilib.

Qeyd edək ki, edam edilən məhkumlar 2022-ci ilin avqust ayında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhəri yaxınlığında həbs ediliblər.