25 08 2025-cu il Bakı 29 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Anadolu" agentliyinin 2 əməkdaşı yaralanıb

11.01.2024


Rusiyanın Xarkovda otel kompleksini raket atəşinə tutması nəticəsində "Anadolu” xəbər agentliyinin Ukraynaya ezam olunmuş müxbiri, Gürcüstan vətəndaşı Davit Kaçkaçişvili yüngül xəsarət alıb.

Bu barədə jurnalist Gürcüstanın Birinci telekanalına bildirib. O, otelin yaxınlığına iki raket düşdüyünü, bu zaman öz otağında olduğunu qeyd edib.

Hadisə nəticəsində Anadolu xəbər agentliyinin fotojurnalisti Özge Elif Kızılın da xəsarət aldığı bildirilib.

Davit Kaçkaçişvili hazırda təhlükəsiz yerə transfer edildiyini qeyd edib.

Xatırladaq ki, Rusiyanın gecə Xarkovda otel kompleksinə raket endirməsi nəticəsində əcnəbi jurnalistlər də daxil olmaqla, 13 nəfər yaralanıb.