29 09 2023-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

BMT: Ukrayna üçün yardım planının 30 faizi maliyyələşdirilib

01.08.2023


Bu il Ukrayna üçün 3,9 milyard dollar məbləğində humanitar planın cəmi 30 faiz maliyyələşdirilib.

Bunu brifinqdə BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun deyib.

"Əhalinin yardıma ehtiyacı artır, azalmır. Humanitar yardım planı cəmi 30 faiz maliyyələşdirilib. Ukraynada soyuqlar tez düşür. Biz artıq qış haqqında düşünməliyik", - deyə o söyləyib.

D.Braun qeyd edib ki, mövcud ehtiyacların təhlili əsasında hazırlanan humanitar plan bütün humanitar ehtiyacları təmin etmək üçün 3,9 milyard dollar tələb edir. Eyni zamanda dağıdılan Kaxovskaya su elektrik bəndinin yenidənqurulması bu vəsaitə daxil deyil, çünki bu, tamamilə gözlənilməz idi.