29 09 2023-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Futbol üzrə Türkiyə yığmasının üzvü “Fənərbağça” ilə müqavilə imzalayacaq

31.07.2023



Transfer çalışmalarını davam etdirən "Fənərbağça” komandası İtaliyanın "Sassulo” komandasının üzvü Mərt Müldür və sloveniyalı yarımmüdafiəçi Miha Zayc ilə razılığa gəldiyini açıqlayıb.

Bu barədə İstanbul klubu məlumat yayıb.

"Fənərbağça”nın Türkiyə yığmasının da şərəfini qoruyan Mərt Müldür ilə dörd illik müqavilə imzalayacağı bildirilir. 2018-2019-cu illər mövsümündən etibarən heyətində çıxış edən sloveniyalı yarımmüdafiəçi ilə komandası arasında üç illik yeni müqavilə imzalamaq üçün razılıq əldə olunub.

Məlumatda hər iki futbolçunun bu gün İstanbula gələcəyi və tibbi müayinədən keçdikdən sonra isə onlarla müqavilə imzalanacağı qeyd olunur.