29 09 2023-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb

31.07.2023


Milli Hidrometeorologiya Xidmətinin iyulun 31-nə olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Xaltanda 14, Lerikdə 9, Bərdədə 8, Qax, Astarada 7, Tərtər, Şahdağda 6, İsmayıllı, Balakən, Zaqatala, Yevlax, Quba, Qəbələ, Lənkəran, Göyçay, Yardımlı, Neftçala, Tovuz, Gəncə, Qrız, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Daşkəsən, Gədəbəy, Qusar, Mingəçevir, Şabranda 5, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

İyulun 30-da şimal-qərb küləyi əsib, arabir Gəncədə saniyədə 24, Naxçıvanda 18, Bakıda və Abşeron yarımadasında arabir 18 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb.