29 09 2023-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Blinken: İqlim dəyişikliyi dünyada ən vacib problemlərdən biridir

31.07.2023



Nüvə müharibəsi təhlükəsi dünyada iqlim dəyişikliyi problemlərindən daha təhlükəli deyil.

Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken bildirib.

Onun sözlərinə görə, Vaşinqton bu riskləri ən aktual risklərdən hesab edir.

"Mənə elə gəlir ki, hansısa iyerarxiyadan danışmaq mümkün deyil. Potensial münaqişə də daxil olmaqla diqqət mərkəzində olan bəzi şeylər var. Lakin şübhəsiz ki, iqlim dəyişikliyi hamımız üçün ekzistensial problem yaradır”, - deyə A.Blinken qeyd edib.

Bununla belə, Dövlət katibi vurğulayıb ki, iqlim dəyişikliyi Birləşmiş Ştatlarda ən mühüm problemlərdən biri hesab edilsə də, digərlərinin də mövcudluğu unudula bilməz və bu, nüvə müharibəsi təhlükəsidir.