29 09 2023-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

BMT Niger prezidentini dərhal azad etməyə çağırıb

29.07.2023



BMT Təhlükəsizlik Şurası (TŞ) Nigerdəki hərbi çevrilişi kəskin şəkildə pisləyib, prezident Məhəmməd Bazumun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edib.

Bu barədə iyulun 28-də keçirilən məsləhətləşmələrdən sonra qəbul edilən birgə bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Niger Respublikasının qanuni hökumətinin konstitusiyaya zidd olaraq dəyişdirilməsi cəhdlərini qətiyyətlə pisləyib. Şuranın üzvləri respublikanın demokratik yolla seçilmiş prezidenti Məhəmməd Bazumu qeyd-şərtsiz və dərhal azad etməyə çağırıb, onun, ailəsinin və hökumət üzvlərinin müdafiəsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, iyulun 26-da Prezident Qvardiyası Nigerdə qiyam qaldıraraq ölkə başçısı Mohamed Bazumu həbs edib. Qiyama 2011-ci ildə sabiq prezident Mohamed İssufu tərəfindən Prezident Qvardiyasının komandanı təyin edilən ordu generalı Abdurahman Çiani rəhbərlik edib. O, hərbi çevrilişin üçüncü günü özünü "Vətənin Müdafiəsi üzrə Milli Şuranın prezidenti” elan edib.