29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransada polisin etirazı hakimiyyətinin siyasi təcrübəsizliyini ortaya qoyub

28.07.2023



Fransa şəhərlərində polis zorakılığına qarşı başlayan kütləvi nümayişlərdən sonra hüquq-mühafizə orqanlarında yaranmış vəziyyət hakimiyyətin siyasi təcrübəsizliyini ortaya qoyub.

Nahelin ölümü ilə bağlı Marsel şəhərində etiraz aksiyalari zamanı cinayətkarlıqla mübarizə briqadasının dörd polis məmurunun 21 yaşlı gəncə qarşı törətdiyi zorakılığa görə polislərdən biri barədə həbs qətimkan tədbiri seçilib. Həmkarlarının həbsi polisləri qəzəbləndirib. Bir çox şəhərlərdə polis əməkdaşları işə çıxmırlar.

Polislərin qəzəbini yatırtmaq üçün Marselə gəlmiş Milli Polisin (DGPN) Baş direktoru vəziyyəti sabitləşdirə bilməyib. Polis hətta xidməti vəzifəsini yerinə yetirdiyi zaman ciddi səhvlərə yol vermiş olsa belə, onun məhkəmədən əvvəl həbsxanaya göndərilməsi kəskin etiraz dalğası doğurub.

Ölkənin bir çox şəhərlərində asayiş keşikçilərinin etirazları getdikcə intensivləşir. İdarəçilik nəzarətindən çıxan polis qüvvələri qarşısında siyasi hakimiyyətin susması narahatçılığı daha da artırır. Baş nazir, eləcə də daxili işlər naziri vəziyyətlə bağlı susmağı lazım bildilər. Yeni Kaledoniyada səfərdə olan prezident Emmanuel Makron isə "respublikada heç kim qanundan üstün deyil” mesajını verdi.

Bu davranış qismən radikallaşan, getdikcə daha az idarəolunan polis üzərində siyasi hakimiyyətin nüfuzunu bərpa etməkdənsə, vəziyyəti sakitləşdirmək istəyi kimi göründü. Reqbi üzrə Dünya Kuboku yarışlarının və Olimpiya Oyunlarının yaxınlaşdığı bir vaxtda respublika prezidenti, təbii ki, asayişin qorunmasını təmin edənlərlə açıq qarşıdurmaya getməkdən çəkinir. Amma iğtişaşların polisin kobud səhvlərindən qaynaqlandığını da danmaq mümkün deyil. E.Makron polis həmkarlar ittifaqlarının ölkədəki gərgin bir vaxtda "vəhşi ordaya” qarşı "zərərli bir müharibə” haqqında danışmasına məhəl qoymurmuş kimi davrana bilməz. Artıq Fransada polislə əhalinin bir hissəsi arasında yaşanan ciddi gərginliyə necə göz yumasan?

E.Makron Yeni Kaledoniyadan fransız polisi ilə bağlı söylədiyi fikirlərində mövcud vəziyyətə toxunmadı və bu da onun bir növ narahatlıq doğuran zəifliyinin etirafı hesab olunur.

Xatırladaq ki, Alyans və UNSA polis həmkarlar ittifaqları Nahelin ölümü ilə bağlı ölkədə keçirilən etiraz aksiyaları zamanı tviterdə belə bir paylaşım etmişdilər: "Alyans və UNSA polisi "zərərvericilərə”, "murdarlara” və "vəhşi ordaya” qarşı "müharibədə olduqlarını bildirirlər”. Bu, fransız polisinin asayişini qorumalı olduğu insanlara münasibətini aydın əks etdirir.