29 09 2023-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib

28.07.2023



İyulun 28-də Qafqaz Müsəlmanları İdarəsində Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, idarə əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mayzek, ölkəmizdə fəaliyyət göstərən konfessiyaların nümayəndələri iştirak ediblər.