02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paris “dağılır”, Makron isə “imic dərdi” çəkir

27.11.2018

Fransanın paytaxtı Paris şəhərində keçirilən etiraz mitinqlərində 300 mindən çox insan iştirak edib, etirazçılarla polis arasında bir çox yerlərdə qarşıdurmalar baş verib, Paris küçələri döyüş bölgəsini xatırladır.
"Dövran Media" xəbər verir ki, məsələyə münasibət bildirən Fransa Prezidenti Emmanuel Makronun açıqlaması dünya mətbuatında gündəmə çevrilib.
"Hadisələr ölkəmizin imicini böyük ölçüdə zədələyib”, - Makron bildirib.
Makronun Parisdə baş verən ixtişaşlar fonunda əhalinin narahatlığını aradan qaldırılması əvəzinə ölkənin imicini düşünməsi etirazla qarşılanıb.
Qeyd edək ki, Fransada yanvarın 1-dən etibarən benzinin litrinin qiyməti 2,9 avrosent, dizel yanacağının litrinin qiyməti isə 6,5 avrosent olacaq. Bununla da təkcə bu il dizel yanacağının qiyməti təxminən 23 faiz, benzinin qiyməti isə 15 faiz bahalaşacaq.
Əhali buna etiraz olaraq ötən həftədən aksiyalar keçirir.