29 09 2023-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Ukraynalı pilotlar Rumıniya və Danimarkada təlim keçəcəklər

27.07.2023



Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

AZƏRTAC xəbər verir ki, ukraynalı pilotların Rumıniya və Danimarkada "F-16” döyüş təyyarələri üçün təlim keçəcəyini qeyd edən Kirbi, təlim yerləri və təqvim üzərində hələ də çalışdıqlarını bildirib.

C.Kirbi təlim üçün başqa yerlərin də ön plana çıxa biləcəyini vurğulayıb.

Böyük Britaniyanın ukraynalı pilotların təyyarələri idarə edə bilməsi üçün dil təhsilinə başladığını ifadə edən Kirbi, təlim məsələsində mümkün qədər tez hərəkət etmək istədiklərini qeyd edib.

Bundan əlavə, Kirbi Ukraynada taxıl ixracı üçün müxtəlif marşrutlar üzərində Ukrayna və avropalı tərəfdaşlarla işlədiklərini vurğulayaraq, ən düzgün yolun dəniz daşınması olduğuna diqqət çəkib.