04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT: Zəlzələdən sonra Suriyaya 170-ə yaxın yardım missiyası həyata keçirilib

27.07.2023



Birləşmiş Millətlər Təşkilatı (BMT) fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra Suriyanın şimal-qərbinə 170-ə yaxın yardım missiyasının tamamlandığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında Suriyaya humanitar yardım haqqında məlumat verərkən məlumat verib.

"BMT fevral ayında baş verən zəlzələlərdən bəri Türkiyənin cənubundan Suriyanın şimal-qərbinə 170-ə yaxın sərhəd missiyası həyata keçirib”, - deyə S.Dujarrik bildirib.

Önümüzdəki günlərdə Öncüpınar üzərindən əlavə personal və yük maşınlarının səfərbər ediləcəyinin planlaşdırıldığını ifadə edən S.Dujarrik BMT-nin Suriya rəhbərliyi ilə təmasları davam etdirdiyini də vurğulayıb.

Suriya rəhbərliyi BMT-nin humanitar qurumlarına hücumdan zərər çəkmiş 6 bölgəyə yardım çatdırmaq üçün avqustun 13-dək Türkiyə ilə Öncüpınar (Bab Əl Salam) və Çobanbey (Əl Rai) sərhəd-keçid məntəqələri vasitəsilə icazə verib.