02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

500 mindən çox insanın maaşı artır? - Nazir

27.11.2018

Əməkhaqqının rəsmi əmək müqaviləsində göstərilməməsi həmin şəxslərin pensiya hüququndan məhrum edilməsi deməkdir. Bu qanun layihəsinin qəbul edilməsi yüzminlərlə insanın pensiya hüququnun bərpasına imkan yaradacaq.
"Dövran Media" xəbər verir ki, bu sözləri Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik barədə çıxış edərkən deyib.
Nazir bildirib ki, statistikaya görə, 2014-2016- illər ərzində müqaviləsiz işləyənlərin sayı artıb.
"Bu ilin 10 ayı ərzində 4100 pozuntu aşkar edilib və cinayət işi açılıb. Bu tədbirlər sahibkarda motivasiya yaratmadığından istənilən effekti vermir. Bu qanun layihəsinin qəbulu əhalinin bank kreditlərinə çıxış imkanını genişləndirəcək. Qanunun qəbulu özəl sektorda 500 mindən çox insanın əməkhaqqının artırılması anlamına gəlməməlidir, sadəcə mövcud əməkhaqqının qanuniləşdirilməsidir”, - nazir qeyd edib.