29 09 2023-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Buğdanın qiyməti beş ayın maksimumuna yüksəlib

25.07.2023



Qara dəniz regionundan tədarükün azalması qorxusu buğdanın qiymətinin fevralın ortalarından bəri maksimuma yüksəlməsinə səbəb olub.
Çikaqo birjasında buğda fyuçersləri təxminən 2,6 faiz bahalaşaraq 7,7725 dollar/buşelə (bir buşel təxminən 27 kiloqrama bərabərdir) çatıb.

Buğda Rusiyanın taxıl sazişindən çıxması fonunda bahalaşır. Qiymətlərin qalxması Odessa vilayətində obyektlərə raket zərbələri endirilməsi barədə xəbərlərdən sonra sürətlənib.

Qlobal buğda tədarükünün təxminən 30 faizi Rusiya və Ukraynanın payına düşür. Eyni zamanda, ABŞ-ın bir sıra əsas kənd təsərrüfatı regionlarında hökm sürən quraqlıq ölkədə taxıl məhsulu ilə bağlı proqnozların pisləşməsinə səbəb olub