02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Akşənərdən Kılıçdaroğluna: Ankaranı ver, İstanbul və İzmiri al

27.11.2018

Türkiyədə 2019-cu ilin martında keçiriləcək bələdiyyə seçkilərində AKP və MHP-nin Cümhur İttifaqına qarşı CHP və İYİ Partiyasının birləşəcəyi gözlənilir.
"Dövran Media"  xəbər verir ki, növbədənkənar parlament və prezident seçkilərində Millət İttifaqı yaradan müxalifət partiyalarında hazırda qızğın danışıqlar aparılır.
Məlumata görə, CHP sədri Kamal Kılıçdaroğlunun seçkilərdə ittifaq təklifinə İYİ Partiyası rəhbəri Maral Akşənər də müsbət yanaşıb.
"Ankaranı ver, İstanbul və İzmiri al”
Partiyasının Mersin, Bodrum, Karabük və Uşakda qalib gələ biləcəyini iddia edən Akşənər İstanbul və İzmirdə CHP-ni dəstəkləməyi, Ankarada isə CHP-nin dəstək verməsini istəyir. CHP-nin Ankara məsələsi ilə bağlı qərarı isə hələlik məlum deyil.