28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ: Ukraynalı pilotların F-16 qırıcılarında təlimi sürətlə həll ediləcək

22.07.2023



Birləşmiş Ştatlar F-16 döyüş təyyarələrinin Kiyevə tədarükü prosesi ilə bağlı ukraynalı pilotların təlimi məsələsini mümkün qədər tez həll edəcək.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu barədə "Aspen” Universitetinin Kolorado ştatında davam edən təhlükəsizlik forumunda Ukrayna-Rusiya müharibəsi və xarici siyasətlə bağlı suala cavab verərkən deyib. Onun sözlərinə görə, Ukraynanın F-16 qırıcı təyyarələrindən effektiv istifadə etməsi üçün lazım olan təlimlərin başlaması üzrə çalışmalar davam edir.

Ceyk Sallivan Ukraynalı pilotların hazırlığının nə vaxt başlayacağını deməsə də, bunun aylar deyil, həftələr ərzində həyata keçəcəyini və texniki məsələlərin artıq həll olunduğunu bildirib.