27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kosovodakı vəziyyət müzakirə edilib

21.07.2023



Serbiya Prezidenti Aleksandar Vuçiç Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.

Görüşdə Kosovonun şimalındakı gərgin vəziyyət əsas müzakirə mövzusu olub.

Y.Stoltenberq NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) illərdir bölgədə fəaliyyət göstərdiyini və missiyasının BMT-nin verdiyi səlahiyyətə əsaslandığını, fəaliyyətini qərəzsiz şəkildə yerinə yetirdiyini bildirib.

NATO-nun Baş katibi bölgədəki kontingentin sayının daha 500 əsgər artırıldığını da xatırladıb. O, Kosovonun şimalında gərginliyin azaldılması və ritorikanın artmasına yol verilməməsi çağırışını təkrarlayıb, yeganə həll yolunun isə Avropa İttifaqının dəstəklədiyi Belqrad-Priştina dialoqunu konstruktiv şəkildə davam etdirmək olduğunu vurğulayıb.

Aleksandar Vuçiç isə təkcə Kosovonun şimalında deyil, ümumiyyətlə, baş verən proseslərdən narahat olduğunu bildirib. O, Kosovodakı hadisələrin təkcə siyasi deyil, həm də ümumi təhlükəsizlik məsələsinə çevrildiyini deyib.

Xatırladaq ki, aprelin 23-də Kosovonun şimalındakı Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində keçirilən yerli seçkilərdə alban mənşəli şəxslərin mer seçilməsi bu bölgədə yaşayan kosovolu serblərin etirazına səbəb olub. Mayın 26-da bölgədə nümayişlər başlayıb, etirazçılar ilə Kosovo polisi və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri arasında qarşıdurmalar olub. Nəticədə KFOR bölgədəki şəxsi heyətinin sayını artırıb.

İyunun 13-də Kosovo polisi KFOR-a və Kosovo polisinə qarşı hücumların təşkilatçılarından biri olduğunu əsas gətirərək serb Milun Milenkoviçi saxlayıb. İyunun 14-də isə Serbiya polisi iki ölkənin sərhədində Kosovo polisinin üç əməkdaşını Serbiyada aksiya planlaşdırdıqları şübhəsi ilə həbs edib. Kosovo rəhbərliyi polis əməkdaşlarının saxlanılmasından sonra Serbiya mallarını daşıyan yük maşınlarının hərəkətinə qadağa tətbiq edib.