27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alimlər ananas yeyən adamda dilin ağrımasının səbəbini izah ediblər

19.07.2023



Ananas yeyərkən dilimizdə yaranan xoşagəlməz ağrının səbəbi müəyyənləşdirilib.

AZƏRTAC müstəqil araşdırmaçı həkim Karan Rajın tədqiqatına istinadən xəbər verir ki, insanlar ananas yeyərkən dildə yaranan sancıya meyvənin tərkibindəki bromelain adlı maddə səbəb olur. Ananasın meyvəsində, ən çox da onun gövdəsində olan bu maddə heyvan proteinlərini parçalayır və həzm etməməyə çalışır. İnsanın da bir canlı növü olduğunu nəzərə alanda bu, heç də təəccüblü hal deyil.

Karan Raj onu da qeyd edib ki, ananasın tərkibindəki bromelain insana kəskin zərər verə biləcək səviyyədə deyil və ananas mədəyə ötürüldükdən sonra mədə turşuları hesabına parçalanır.