27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kəbənin örtüyü yenilənib

19.07.2023



Kəbənin köhnə örtüyü, hər il olduğu kimi, çıxarılaraq yenisi ilə əvəzlənib.

AZƏRTAC Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadla xəbər verir ki, dəyişdirmə işləri xüsusi qrup tərəfindən həyata keçirilib.

Ümumilikdə 45 hissədən ibarət olan Kəbə örtüyü 850 kiloqram xalis ipək parça üzərində motiv və xətlər üçün işlənən 120 kiloqram qızıl və 100 kiloqram gümüşdən ibarətdir.

Kəbənin örtüyü ənənəvi olaraq hər hicri ilinin birinci günü, məhərrəm ayının 1–də dəyişdirilir. Örtük Məkkədəki Kral Əbdüləziz Kəbə Örtük Kompleksində 200 mütəxəssis tərəfindən hazırlanır.