27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Blinken: ABŞ və müttəfiqləri Qara dəniz taxıl təşəbbüsünün alternativini axtaracaq

18.07.2023



ABŞ və müttəfiqləri Qara dəniz taxıl təşəbbüsünü əvəz etməyin yollarını axtaracaqlar, lakin eyni miqyasda alternativ tapmaq asan olmayacaq.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Antoni Blinken jurnalistlərə bildirib.

"Biz baxacağıq ki, Ukraynanın kənd təsərrüfatı məhsullarını dünya bazarına çıxarmağın başqa yollarını tapmaq üçün daha nələr etmək olar. Amma eyni miqyasda əvəzedici tapmaq çox çətindir”, - deyə Dövlət katibi əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın taxıl sazişindən çıxmaq qərarı alternativ yolların axtarışına mənfi təsir göstərə bilər, çünki Moskva Ukraynadan hər hansı ixracın əleyhinə olarsa, digər ölkələr və şirkətlər gəmilərinin və işçilərinin başına nə gələcəyindən çox narahat olacaqlar.

"Rusiyanın bugünkü qərarının nəticəsi qiymətlərin qalxması oldu. Biz artıq bazarların buna reaksiyasını görürük, qiymətlər artıq qalxır. Saziş mümkün qədər tez bir zamanda bərpa edilməlidir”, - deyə Antoni Blinken vurğulayıb.

İyulun 17-də Moskva Ankaraya, Kiyevə və BMT-yə taxıl sazişinin uzadılması ilə bağlı etirazını göndərib. RF XİN bəyan edib ki, Kreml taxıl sazişinin bərpası məsələsini yalnız razılaşmanın Rusiyaya aid hissəsi reallaşacağı halda nəzərdən keçirə bilər.