27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin qadın voleybol yığması dünya çempionu olub

17.07.2023



Voleybol üzrə Türkiyə milli yığması qadınlar arasında 2023-cü il FIVB dünya çempionatının qalibi olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Texas ştatının Arlinqton şəhərinin stadionunda keçirilən final matçında "filenin sultanları” Çin yığmasına 3-1 hesabı ilə qalib gəlib.

Beləliklə, Türkiyənin qadın milli voleybol komandası FIVB dünya çempionatları tarixində ilk dəfə olaraq çempion titulunu qazanıb.

Çempionatda bürünc medal uğrunda mübarizədə Polşa yığması Birləşmiş Ştatların milli komandasına 3-2 hesabı ilə qalib gəlib.