02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputatlar büdcəni dəyişdirdi: əlavə 610 milyon...

27.11.2018

2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı millət vəkilləri tərəfindən irəli sürülən təkliflər dəyərləndirilib. Qaldırılan məsələlərə həm də makroiqtisadi sabitlik, büdcə dayanıqlığının təmin edilməsi baxımından yanaşılıb. Bəzi xərclərə dəyişiklik edilib.
"Dövran Media" xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2019-cu il büdcə layihəsinin ikinci müzakirəsi zamanı deyib.
Maliyyə naziri bildirib ki, irəli sürülən təkliflərin ümumi dəyəri 610 milyon manat təşkil edir.
"Artımın əsas hissəsi sosial xərclərə yönəlib. Belə ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan 200 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Məşğulluq tədbirlərinin keçirilməsi üçün əlavə 80 milyon manat, 2019-2020-ci ildən başlayaraq dövlət sifarişi ilə təhsil alanların xərcləri və digər təhsil xərcləri üçün 11 milyon manat təhsil xərclərinə əlavə ediləcək, Gənclər Fondunun xərcləri 2.7 milyon manat artırılacaq ki, bu da 4.4 dəfə artım deməkdir. Gələn il Azərbaycan Milli Elmlər Akademiyasına 800 min manat, səhiyyə xərclərinə 4 milyon manat əlavə vəsait ayrılacaq. Suvarılan sahələrin artırılması üçün kənd təsərrüfatı xərcləri 40 milyon manat artırılıb. Ümumilikdə 256 milyon manat islahatların həyata keçirilməsi üçün tədbirlərin maliyyələşməsinə nəzərdə tutulub. Bələdiyyələrə ayrılan vəsait 500 min manat dəyərində azaldılacaq. Yeni yaradılan və strukturunda dəyişiklik edilən qurumlara 5.5 milyon manat vəsait ayrılacaq”.
S.Şərifov onu da vurğulayıb ki, millət vəkillərinin səsləndirdiyi digər təklifləri də hökumət müzakirə edəcək və bu təkliflər növbəti illərin büdcəsində nəzərə alınacaq.