02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da son altı ayda 28 silahlı hücumda 140 nəfər həlak olub

14.07.2023


Yanvarın 1-dən iyunun 30-dək ABŞ-da baş vermiş 28 silahlı hücum nəticəsində 140 nəfər həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu rəqəmlər Associated Press agentliyinin və USA Today qəzetinin Northeastern Universiteti ilə birgə apardığı araşdırmanın nəticələrində yer alıb. Tədqiqata əsasən, 2023-cü ilin birinci yarısı 2006-cı ildən bəri altı ayda ən çox hücumun qeydə alındığı dövr olub.

Mütəxəssislər hesab edirlər ki, ABŞ-da artan hücumların əsas səbəbi silahlanmanın artmasıdır. Prezident Cozef Bayden martın 27-də Tennessi ştatında ibtidai məktəbdə 3-ü uşaq olmaqla 6 nəfərin ölümünə səbəb olan atışmadan sonra verdiyi bəyanatda silah satışı qaydalarında islahatlara çağırıb. İslahat yarımavtomat tüfəng kimi hücum silahlarına qadağanı və silah satışına hərtərəfli nəzarəti nəzərdə tutur.

Xatırladaq ki, Birləşmiş Ştatlarda 4 iyul - Müstəqillik Gününün bayram edildiyi həftədə müxtəlif ştatlarda baş verən silahlı hücumlarda ümumilikdə 15 nəfər həlak olub.