03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub

14.07.2023



Madrid şəhərində Formula 1 yürüşlərinin keçirilməsinə doğru daha bir addım atılıb. İspaniya paytaxtından şimal-şərqdə yerləşən IFEMA sərgi mərkəzi İcraiyyə Komitəsinin prezidenti Visente de los Mozos Böyük Mükafatların rəhbərliyi ilə razılıq əldə olunduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, de los Mozos "Europa Press” nəşrinə müsahibəsində deyib: "Mən artıq kontraktın nə vaxt imzalanacağına bilirəm. Biz müəyyən olunmuş prosedurlara uyğun hərəkət etdik. İspaniya Avtomobil Federasiyası ən əvvəlindən xəbərdar edilmişdi, biz eksklüzivlik haqqında saziş imzaladıq və indi kontrakta uyğun şəkildə irəliləyirik. Bu tədbir regiona 500 milyon avro gəlir gətirəcək və sadəcə yürüş deyil, həm də Avropada ən yaxşı mərhələ olacaq”.

Barselonanın 2026-cı ilədək İspaniya Qran-Prisi keçirilməsinə dair müqaviləsi var və hələ ki, Formula 1 rəhbərliyinin İspaniyada iki mərhələnin keçirilməsinə və ya təqvimdə Barselonanın Madrid ilə əvəzlənməsinə razılıq verəcəyi məlum deyil.