03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərzurumlu usta TOGG-un daşdan maketini yaradıb

14.07.2023

Ərzurum vilayətində təsbeh ustası olan Süleyman Yavuz yerli istehsal olan TOGG elektromobilinin daşdan maketini yonub.

DM Anadolu agentliyinə istinadla xəbər verir ki, TOGG elektromobilinin rənglərindən birinə adı verilən balıqçılıq daşı ("Oltu taşı”) yerin təkindən çıxarılandan sonra emal olunur və unikal əşyalara çevrilir. Ondan təsbeh, üzük, boyunbağı, açarlar üçün zəncir hazırlanır.

Oltu rayonunun sakini Süleyman Yavuzun 49 yaşı var. Daşda müxtəlif əşyalar düzəldən bu usta 450 qram çəkisi olan avtomobil modeli də yaradıb. O, maketin hazırlanmasına bir ay vaxt sərf edib.

TOGG elektromobilinin modeli Yavuzun "Oltu Taş” Biznes Mərkəzindəki iş yerində qoyulub. O, öz əl işinə 60 min lirə qiymət müəyyən edib. Yavuz Anadolu agentliyinə müsahibəsində bildirib ki, onun əsas məqsədi yarıqiymətli daş müxtəlif ölkələrdən olan həvəskarlara yaxşı tanıtmaq və onun tətbiq edilməsi sahələrini genişləndirməkdir. "Mən öyrəndim ki, bizim rayonun adı da yerli avtomobilin rəngləri arasında yer alıb və bundan sonra daşdan avtomobilin modelini düzəltmək qərarına gəldim. Zənnimcə, bu, unikal daş, həmçinin bizim regionumuz üçün əla reklamdır”,- deyə o vurğulayıb.