09 10 2025-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Kiyevə dronlar və raketlərlə hücum: Ölənlər və yaralananlar var - FOTO/VİDEO

13.07.2023

Ötən gecə Rusiya Ukraynaya kamikadze dronları və raketləri ilə hücum edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat xəbər verib.

Onun sözlərinə görə, Krımdan "İskəndər-M” ballistik raket, Qara dənizdən iki "Kalibr”, şimal-şərq (Kursk) və cənub-şərq (Primorsk-Axtarsk) istiqamətlərindən İran istehsalı "Shahed-136/131”lər buraxılıb.


"Nəticədə uğurlu hava hücumundan müdafiə əməliyyatımız oldu, 20 "Shahed”, həmçinin iki "Kalibr” qanadlı raketi məhv edildi. "İsgəndər-M” operativ taktiki raket kompleksindən raket buraxılışının nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir”, - deyə o bildirib.
Qeyd olunur ki, Kiyevdə PUA-ların qalıqlarının düşməsi nəticəsində yaralananlar və ölənlər var.