01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya ordusunun real vəziyyəti ilə bağlı məruzə edən general işindən qovulub

13.07.2023

Rusiya Silahlı Qüvvələrinin general-mayoru İvan Popov Ukraynanın cənubunda, Zaporojye vilayətində döyüşən Rusiya Federasiyasının 58-ci Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsindən uzaqlaşdırılıb. 

Bu barədə məlumatı Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov özünün "Telegram” kanalında yayıb.

Rusiyalı deputat, həmçinin sosial şəbəkələrdə İvan Popovun vəzifəsindən uzaqlaşdırılması ilə əlaqədar etdiyi müvafiq müraciətin audio faylını da dərc edib.

Müraciətində İ.Popov bildirib ki, o, yuxarı hərbi qurumlara verdiyi hesabatda Rusiya ordusunun problemlərini açıq şəkildə dilə gətirdiyi üçün ordu sıralarından uzaqlaşdırılıb:
"Məsələləri olduğu kimi danışmaq lazım idi. Mənim sizin adınızdan, həlak olan silahdaşlarımın adından yalan danışmağa haqqım yox idi, ona görə də mövcud olan bütün problemləri açıqladım”.

O, əsasən Rusiya əsgərlərinin Ukraynanın artilleriya atəşindən kütləvi ölüm hallarını və yaralanmaları gündəmə gətirdiyini bildirib.