01 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya XİN: NATO “Soyuq müharibə” sxemlərinə qayıdıb

13.07.2023

NATO-nun Vilnüs sammitinin nəticələri göstərdi ki, alyans qəti şəkildə "soyuq müharibə” sxemlərinə qayıdıb.

"DM"xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, iyulun 11-12-də Vilnüsdə keçirilən Şimali Atlantika Müqaviləsi Təşkilatının sammitinin nəticələri göstərir ki, təşkilat "bir milyardımızı” bəşəriyyətin digər hissəsindən qorumaq naminə və dünyanı demokratik və avtokratiyalara bölmək ideologiyası əsasında nəhayət "Soyuq müharibə” sxemlərinə qayıdıb.

Rusiya XİN NATO-nun ardıcıl olaraq güc tətbiqi həddini aşağı salması, hərbi planlaşdırmada nüvə komponentini gücləndirməsi faktına da diqqət çəkib. Vurğulanıb ki, Birləşmiş Ştatlar və onun sattelitləri NATO-dan dünya işlərində hegemonluğun əsas aləti və formalaşmaqda olan çoxqütblü dünya nizamının digər mərkəzlərini cilovlamaq üçün istifadə etmək niyyətindədir. "Bu düşmən axtarış siyasətinin məqsədi Rusiyaya yönəlib. Rusiyaya strateji məğlubiyyət vermək arzusunda olan ABŞ və müttəfiqləri Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırır, orada zərbə silah sistemləri yerləşdirir və hücum hərəkətlərinin həyata keçirilməsini vurğulamaqla daim təlimlər keçirir.

Vilnüs sammitinin nəticələri diqqətlə təhlil ediləcək. Müəyyən edilmiş çağırışları və Rusiyanın təhlükəsizliyinə və maraqlarına təhdidləri nəzərə alaraq, biz əlimizdə olan bütün vasitə və üsullardan istifadə edərək vaxtında və lazımi şəkildə cavab verəcəyik.

Biz ölkənin hərbi quruluşunu və müdafiə sistemini gücləndirməyə davam edəcəyik”, - deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.