08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

137 qadın yaxınları tərəfindən qətlə yetirilib: BMT-nin hesabatı

27.11.2018

BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin yeni hesabatında bildirilir ki, 2017-ci ildə öldürülən təxminən 87 min qadının yarısından çoxu öz partnyorları və ya ailə üzvləri tərəfindən qətlə yetirilib.
"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, təşkilatın dəyərləndirməsinə görə, hesabat dövründə bütün dünyada təxminən 50 min qadın öldürülüb. Bu, hər gün 137, hər saat isə 6 qadının qətlə yetirilməsi deməkdir.
"Qətl qurbanlarının böyük əksəriyyətinin kişilər olmasına baxmayaraq, gender bərabərsizliyi, ayrı-seçkilik və neqativ stereotiplərin nəticəsi hələ də qadınlara baha başa gəlir”, - deyə idarənin icraçı direktoru Yuri Fedotov dərc olunmuş hesabata daxil edilən bəyanatda bildirir.
Hesabat Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə dərc edilib. Tədqiqatların nəticəsi, həmçinin göstərir ki, Afrika və Amerika qitəsində yaşayan qadınlar öz partnyorları və ailə üzvləri tərəfindən qətlə yetirilmə riskinə daha çox məruz qalırlar.