01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İkinci Qarabağ müharibəsində iştirakına görə “Jukov” medalı ilə mükafatlandırılıb

10.07.2023

II Qarabağ savaşında ermənilər üçün döyüşən ruslar - Foto

Rusiya mətbuatında ölkə hərbçilərinin Qarabağda Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşdüyünü əks edən materiallar dərc olunub. Onların hansı istiqamətdə vuruşduğu qeyd edilməsə də, Ermənistan tərəfində olduqları artıq faktdır.

Bunu Axar.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev qeyd edib.

Siyasi şərhçi məsələ ilə bağlı faktları sadalayıb:

"Rusiyanın Saxa Respublikasının Mirnıy şəhərinin administrasiyası İqor Tajibayevin haqqında kitab nəşr dib. Kitabda onun 2022-ci ilin avqustunda könüllü şəkildə Ukraynada "xüsusi əməliyyata” qatıldığı, əvvəl isə Qarabağda döyüşdüyü bildirilib. Başqa bir fakt da var. Rusiyanın Perm diyarının "Ural” xəbər saytında Solikamsk şəhərindən Andrey Kovalyov İkinci Qarabağ müharibəsində iştirakına görə "Jukov” medalı ilə mükafatlandırılıb. Sözügedən medal isə Rusiya Federasiyasının dövlət maraqlarını qorumaq üçün hərbi əməliyyatlarda cəsarət, özünü təhlükəyə atmağa və şəxsi igidliyə görə verilir”.