01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyalı politoloq Yakov Kedmi hiddətlənib

07.07.2023


Rusiyalı politoloq Yakov Kedmi hərbi müxbirlərin hərəkətlərindən hiddətlənib.

Belə qalmaqallardan biri rusiyalı aparıcı Vladimir Solovyovun efirində baş verib.

Kedmi hərbi müxbirlərin rus ordusunun Ukraynadakı acınacaqlı vəziyyəti haqqında məlumatlarını qəzəblə qarşılayıb:

"Hərbi müxbirlər Kiyevin nəzarətində olan məlumatları dərc edirlər, bundan sonra Ukrayna Silahlı Qüvvələri Rusiya müdafiəsinin ən zəif nöqtələrinə zərbələr endirirlər. Bu, Rusiya ordusunun ağır itkiləri ilə nəticələnir. Müxbirlər problemləri birbaşa komandanlığa bildirə bilərlər, lakin onlar bunu açıq şəkildə yazırlar. Mən başa düşmürəm, siz dəlisiniz? Heç beyniniz yoxdur? Bütün vicdanınızı itirmisiniz? Məgər başa düşmürsünüz ki, əsgərlər sizin bu sözlərinizi öz qanları ilə ödəyirlər? Ordunu və ölkəni hansı həddə çatdırmaq istəyirsiniz?”

Solovyov da Kedmiyə dəstək verərək hərbi müxbirlərə senzura tətbiq etməyə çağırıb.