28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pekində “qırmızı” xəbərdarlıq elan edildi

06.07.2023


Çinin paytaxtı Pekində havanın hərarəti yenidən 40 dərəcəni ötüb.

AZƏRTAC xəbər verir ki, şəhər hökuməti bu səbəbdən ən yuxarı səviyyədə - "qırmızı” xəbərdarlıq elan edib. Bu, cari ildə anomal isti hava ilə əlaqədar Pekində ikinci analoji xəbərdarlıqdır. Şəhərdəki Nanciao meteorloji stansiyasının məlumatına görə, iyunun əvvəlindən bəri havanın temperaturu 18 gün 35 dərəcəni, 4 gün isə 40 dərəcəni ötüb. Stansiya 1951-ci ildən bəri ilk dəfədir ki, Pekində bu cür anomal isti qeydə alır. Paytaxtda bu cür hava şəraitinin iyulun 7-də də davam edəcəyi proqnozlaşdırılır.

Milli Meteorologiya Mərkəzi əhaliyə açıq hava fəaliyyətlərini təxirə salmağı, günvurma və istivurma hallarına hazır olmağı tövsiyə edib.

Qeyd edək ki, iyun ayından etibarən Çinin əsasən şimal hissəsində anomal isti hava müşahidə olunur. Bu dövrdə beş isti hava dalğası qeydə alınıb. Ümumiyyətlə, Çində son 60 ilin ən çoxsaylı isti günləri hökm sürür. Milli İqlim Mərkəzinin məlumatına əsasən, 40 dərəcə isti 200 milyon insanın yaşadığı bölgəni əhatə edir.