27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycana 200 milyard verməyə hazır olun!

06.07.2023

Ermənistanın parlament komissiyasının 44 günlük müharibənin vəziyyəti ilə bağlı apardığı araşdırmalar ictimaiyyət arasında da ciddi müzakirələrə səbəb olub. Bu sırada müharibədən qaçmaq üçün Azərbaycanın tələblərinin yerinə yetirilməsi vacibliyi də önə çəkilir. Belə ki, 2016-cı ilin aprel savaşından sonra Ermənistanın (Serj Sərkisyanın simasında) üzərinə götürdüyü öhdəliklərdən yayınması, bunun ardınca isə Nikol Paşinyanın təhrikedici hərəkətlərinin müharibə səbəbi olması da vurğulanır.

Müzakirələrə politoloq Gevorq Danielyan da qoşulub.

O, hazırda Azərbaycanın Ermənistandan Qarabağdakı hərbi birləşmələrini çıxartmağı tələb etdiyi xatırladıb. İddia edib ki, Qarabağda erməni hərbi birləşmələri yoxdur, ancaq Azərbaycan bunu tələb edir.

"Sabah müharibə təhlükəsi ilə azərbaycanlılar  heç bir məhkəmə və mühakimə olmadan tələb edəcəklər ki, biz onlara hərbi cinayətlərə görə 200 milyard dollar təzminat ödəməliyik. Azərbaycan artıq təzminatla bağlı yüksək səviyyədə "əsaslandırma və hesablamalarla”  məşğuldur”, deyə o qeyd edib.