08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya aeroportlarına azərbaycanlıların adları verilə bilər - SƏSVERMƏ

27.11.2018

Rusiya aeroportlarına dahi şəxsiyyətlərin adlarının verilməsinə dair səsvermə davam edir.
Dövran Medianın məlumatına görə, Tümen vilayətinin Surqut və Nijnevartovsk şəhərlərində əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun, Novıy Urenqoyda isə keçmiş SSRİ-nin qaz sənayesi naziri Sabit Orucovun adının verilməsi təklif olunur.
Səsvermənin bu günə olan nəticələrinə əsasən, Surqut aeroportu ilə bağlı səs verənlərin 48 faizi (11 min 945 səs) Fərman Salmanovu, 35 faizi (8 min 824 səs) Nikolay Arxangelskini, 16 faizi (4 min 23 səs) Aleksandr Filippenkonu dəstəkləyib.
Keçmiş SSRİ-nin qaz sənayesi naziri, soydaşımız Sabit Orucovun adı Novıy Urenqoy aeroportu üzrə səsvermədə 41 faiz (10 min 782) səslə irəlidədir.
İkinci yerdə İvan Qubkin 39 faiz (10 min 131), üçdə isə Vasili Podşibyakin 18 faiz (4 min 805) səslə qərarlaşıb.
Səsvermə noyabrın 30-da başa çatacaq.