27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin 10 universiteti dünya reytinqində yüksək yerləri tutub

04.07.2023


Üçü dünyanın ən yaxşı 500 universitetinin sırasında olan Türkiyənin on universiteti 2024-cü ildə 1000 ən yaxşı ali məktəblərin siyahısına daxil edilib.

DM "Quacquarelli Symonds”a (QS) istinadla xəbər verir ki, Britaniya konsaltinq şirkəti dünyanın ən mühüm reytinqlərindən biri hesab olunan "2024-cü ildə dünya səviyyəli ən yaxşı universitetlərin reytinqi”ni elan edib.

Dünyanın 1500 ən yaxşı universitetləri siyahısında Türkiyənin 10 ali məktəbi ilk minliyə düşüb.

Eyni zamanda, Yaxın Şərq Texniki Universiteti (ÖDTÜ) TOP-500-də 336-cı yeri tutub, İstanbul Texniki Universiteti (ITÜ) 601-ci pillədən 404-cü pilləyə yüksəlib.

Ötən il TOP-500-ə daxil olan yeganə ali tədris müəssisəsi – Koç Universiteti 477-ci yerdən bu il 431-ci yerə yüksəlib.

Bundan başqa, ötən il 561-570 diapazonunda mövqe tutan Bilkent Universiteti 502-ci yerə qalxıb. Siyahıda 701-750 aralığında olan Boğaziçi Universiteti 514-cü yeri tutub.

2022-ci ildə 531-540 qrupunda qərarlaşan Sabancı Universiteti bu il 526-cı mövqedədir. İstanbul Universiteti, Hacettepe Universiteti, Ankara Universiteti və Yıldız Texniki Universiteti də ali məktəblərin ilk minliyində öz mövqelərini möhkəmlədiblər.

Dünyanın ən yaxşı universitetləri reytinqinin liderlər üçlüyünə ABŞ və Böyük Britaniya universitetləri daxil edilib. Massaçusets Texnologiya İnstitutu yenidən birinci yerdə olub. Kembric və Oksford universitetləri isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.