01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Tərtər işi” üzrə bəraət almış daha bir hərbçiyə 123 min manat ödəniləcək

03.07.2023

Bu hərbçimizə 123 min təzminat veriləcək"Tərtər işi” üzrə bəraət almış daha bir hərbçiyə təzminat ödəniləcək.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilib ki, bəraət almış hərbçi Emin Aibovun iddiasını Nəsimi Rayon Məhkəməsi qismən təmin edib. Qərara əsasən, ona mənəvi ziyana görə 66 min manat, maddi ziyana görə 57 min manat təzminat ödəniləcək.

Qeyd edək ki, Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAXE) Emin Hörmət oğlu Aibov dövlətə xəyanət və digər oxşar maddələrlə ittiham edilərək 15 il azadlıqdan məhrum edilmişdi. O, ötən ilin sonunda bəraət alıb.