09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dekabrın 3-də TV və radioların yayımı dayandırılacaq

27.11.2018

Dekabrın 3-də Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki,  bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib. Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.
Birinci kompleks profilaktika fevralın 5-i, ikincisi iyunun 11-i, üçüncüsü isə sentyabrın 3-də keçirilib.