03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya kəşfiyyatı: Rusiya müharibə ilə əlaqədar əlavə hərbi xərclərlə üzləşib

30.06.2023

Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar əlavə hərbi xərclərlə üzləşib.

"DM" xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında bildirilib.

Kəşfiyyat Xidməti Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2023-cü ilin iyun hesabatına istinad edərək bildirib ki, Rusiyanın 2023-cü il üçün hərbi xərclər büdcəsi təxminən 6,6 trilyon rubldur (85,8 milyard dollar).

"Bu, Ukraynanın işğalından əvvəl 2021-ci ildəki 3,6 faizlə müqayisədə Rusiya ÜDM-nin təxminən 4,4 faizinə bərabərdir".
Britaniya Müdafiə Nazirliyi eyni zamanda qeyd edib ki, Rusiyanın həqiqi hərbi xərcləri şəffaflığın olmaması səbəbindən qeyri-müəyyən olaraq qalır.

"Müdafiə büdcəsinin yalnız bir hissəsi Ukraynadakı müharibəyə xərclənsə də, xərclərin artması Rusiyanın Ukraynadakı fəaliyyətinin baha başa gəldiyini göstərir. Bundan əlavə, Rusiya demək olar ki, müharibə ilə əlaqədar əlavə birbaşa büdcə müdafiə xərcləri ilə üzləşir ki, bura işğal olunmuş bölgələrdə təhlükəsizlik xərcləri və Ukrayna ilə həmsərhəd bölgələrdə müdafiə tədbirlərinin gücləndirilməsi üçün xərclə daxildir".