08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna QDİƏT-nin yubiley medalından imtina edib

27.11.2018

Azərbaycan nümayəndə heyəti Yerevanda keçirilən QDİƏT PA-nın iclasında yubiley medalını almaqdan imtina edib.
Türkiyə, Gürcüstan və Ukraynadan olan nümayəndə heyətləri də belə addım atıb. Eyni anda dörd ölkə bu gün Ermənistan paytaxtı Yerevanda işinə başlayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 52-ci iclasında yubiley medalını almaqdan imtina edib.
"Dövran Media" "Report"-a  istinadən xəbər verir ki, giriş nitqindən sonra Ermənistan parlamentinin sədri Ara Babloyan təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib. Lakin birdən-birə dörd ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib.
Məsələ ilə əlaqədar A.Babloyan mükafatın yalnız nümayəndə heyətinin rəhbərlərinə yox, bütün heyətə aid olduğunu bildirib.
QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev isə öz növbəsində deyib ki, bundan faciə düzəltmək lazım deyil.
Qeyd edək ki, QDİƏT PA-da Azərbaycan nümayəndə heyətinə deputat Eldar Quliyev rəhbərlik edir.