Siqaret və alkaqollu içkinin  gömrükdən keçməsi   iki-üç dəfə azaldılıb 
    
                          
     
                         27.11.2018
 
    
                        					Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişikliklər edib.
"Dövran Media" "Report”-a istinadən xəbər verir ki, bu barədə qərar Azərbaycanın Baş naziri Novruz Məmmədov tərəfindən imzalanıb.
Qərara əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və rüsum ödəmədən gömrük sərhədindən keçirilə bilən 3 litr alkoqollu içkinin həcmi 1,5 litrə, 600 ədəd siqaretin sayı isə 200 ədədə endirilib.