30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada kimya müəssisəsində güclü yanğın: Ölən var - VİDEO

29.06.2023

Rusiyanın Nijni Novqorod şəhərində "Balsam” şirkətində yanğın baş verib.

Hadisə nəticəsində bir nəfər həlak olub.

"İlkin məlumata görə, iyunun 29-da Moskva vaxtı ilə saat 9:50-də (Bakı vaxtı ilə 10:50 - red.) "Balsam” şirkətinin ərazisində sistern alovlanıb, nəticədə bir nəfər xəsarət alıb”, - deyə məlumatda bildirilib.

Bir qədər sonra xəsarət alan şəxsin - yük maşınının sürücüsünün - həlak olduğu barədə məlumat verilib.

Regional Fövqəladə Hallar Nazirliyi Baş İdarəsindən verilən məlumata görə, yük maşını və bir neçə qaraj yanır. Yanğının söndürülməsinə 51 nəfər canlı qüvvə və 14 texnika cəlb olunub. Yanğın 800 kv.m sahədə lokallaşdırılıb.
Şirkətin saytında müəssisənin kimyəvi məhsulların istehsalı ilə məşğul olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.


Mənbə: TASS