30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə yuxarı olub - FAKTİKİ HAVA

29.06.2023

Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə yuxarı olub.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 29-u saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Balakəndə düşən yağıntının miqdarı 10 mm, Göygöldə 9 mm, Daşkəsən, Gədəbəydə 8 mm, Qax, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Qəbələ, Şəki, Şahdağ, Mingəçevir, Göyçayda 2 mm-dək olub.

Şimal-qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Sabirabadda 17 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.7 metrə çatıb.

İyunun 28-də Bakıda havanın maksimal temperaturu iqlim normasından 2 dərəcə yuxarı olub, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan MR-da 33-35 dərəcə, dağlıq rayonlarda 20-24 dərəcə, aran rayonlarında 35 dərəcəyədək isti olub.