30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna ordusu Baxmut istiqamətində strateji üstünlüyü ələ keçirib

29.06.2023

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində strateji üstünlüyü ələ keçirib.

"DM” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalyov məlumat verib.

Onun sözlərinə görə, Ukrayna müdafiəçiləri geniş cəbhə boyu hücum edir: "Ukrayna hərbçiləri Baxmut, Melitopol və Berdyansk istiqamətində hücum əməliyyatı keçirir. Donetsk və Zaporojye vilayətləri ilə sərhəddə yerləşən Rovnopol-Volodino istiqamətində ukraynalı hərbçilər qismən uğur əldə edib və hazırda orada möhkəmlənirlər".

Bundan başqa. Ukrayna müdafiəçiləri Rusiya hərbçilərinin Liman, Avdeyevsk və Marinsk isitqamətində hücumunun qarşısını alır. Baxmit yaxınlığındakı Kurdyumovsk bəndində Ukraynanın dövlət bayrağı qaldırılıb.