09 05 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ: "Türkiyə ilə birlikdə hərəkət edəcəyik"

16.02.2018

"Bu mərhələdən sonra Türkiyə ilə birlikdə hərəkət edəcəyik".
"Dövran Media"nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində Ankarada həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
R. Tillerson bildirib ki, artıq iki müttəfiq ölkə ayrılıqda hərəkət etməyəcək: "Biz birlikdə Suriyadakı bütün problemləri dəyərləndirəcəyik. Birlikdə hərəkət edəcəyik. İŞİD-lə mübarizə aparacağıq. Ərazilərin təhlükəsizliyini təmin edəcəyik. Görüləcək çox iş var. Sürətlə başlamalıyıq. Bu istiqamətdə iş aparacaq ilk qrup martın ortasında toplanacaq. Lakin vacib bir hal olduqda biz gözləməyəcəyik, hərəkət edəcəyik”.