30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu rus generalı Priqojin qiyamından xəbərdar idi

28.06.2023

General Sergey Surovikin "Vaqner” rəhbəri Yevgeni Priqojinin qiyama başlamaq planlarından əvvəlcədən xəbərdar idi.

"DM" xəbər verir ki, bu barədə "Nyu York Tayms” ABŞ kəşfiyyatına yaxın olan mənbələrə istinadla məlumat verib.

Bildirilib ki, Vaşinqton general Surovikinin Priqojinə kömək edib-etmədiyini öyrənməyə çalışır.

Qəzetin məlumatına görə, Priqojinin hərbi çevriliş cəhdini digər rus generalları da dəstəkləmiş ola bilər:

Priqojin, hakimiyyətdə olan başqa şəxslərin onun köməyinə gələcəyinə inanmasaydı, qiyam qaldırmazdı. General Surovikin ötən həftəsonu hadisələrdə iştirak etsəydi, bu, Ukraynada müharibə başlayandan bəri Rusiya hərbi rəhbərliyini xarakterizə edən daxili çəkişmələrin son əlaməti olardı və Priqojin və Putin tərəfdarları arasında daha geniş parçalanmanın olduğunu göstərə bilərdi”.

Mənbələr nəşrə bildiriblər ki, əgər Putin Surovikinin qoyamda əlinin olması ilə bağlı sübut tapa bilsə, o zaman onun generalı komandanlıqdan uzaqlaşdırmaqdan başqa çıxış yolu qalmayacaq.

"Vaşinqtonda Surovikinin qiyamı dəstəkləməsini onunla əsaslandırırlar ki, Rusiyanın ən böyük hərbi yol qovşağını ələ keçirməsinə və Miskvaya silahlı yürüş əmri verməsinə baxmayaraq niyə görə Priqojin hələ də sağ qalıb”, - nəşr bildirib.