30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya bir vilayətdə 300 uşağı girov götürüb

28.06.2023

"Rusiyalılar Prezident Vladimir Putinin Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində qondarma hərbi vəziyyət tətbiq etməsindən istifadə edir və oradan çıxardıqları ukraynalı uşaqları evlərinə qaytarmırlar.

Rusiya işğalçıları istirahət bəhanəsi ilə 300 uşağı Zaporojye vilayətindən Çuvaşıstana aparmağa hazırlaşırlar”.

Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.

"Rusiyalılar Vladimir Putinin ötən ilin payızında müvəqqəti işğal olunmuş ərazilərdə tətbiq etdiyi hərbi vəziyyətin arxasında gizlənərək oradan çıxardıqları uşaqları geri qaytarmırlar”, - deyə məlumatda bildirilib.
Mərkəzin ekspertləri qeyd ediblər ki, ukraynalı uşaqlar Rusiya tərəfinə həm qanunsuz övladlığa götürmə, həm də şantaj vasitəsi kimi lazımdır.

"Rusiya tərəfi Ukraynaya çıxışı bağlayıb. Beləliklə, valideynlərinin onların arxasınca getməsi üçün uşaqlardan girov kimi istifadə olunur”, - deyə məlumatda vurğulanıb.

Mənbə: Focus.ua