30 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Aframax" tipli "Qarabağ" tankeri istismara verilib

28.06.2023

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan "SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan növbəti "Aframax” tipli tanker istismara verilib.

ASCO-dan verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığı ilə "Qarabağ” adlandırılan gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan bayrağı qaldırılıb.

Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında üzəcək digər "Aframax” tipli tankerlər kimi, "Qarabağın” da dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 000 tondur.

Gəmini Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100 % törəmə müəssisəsi olan "ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək.

Qeyd edək ki, "SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən bazar araşdırması nəticəsində ilkin olaraq üç "Aframax” tipli tanker alınıb. Bunlardan birincisi - "Şuşa” gəmisi 15 iyun - Qurtuluş Günündə istismara verilib. Üçüncü gəminin - "Zəngəzur”un istismara verilməsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir.